Qazaxıstan və Özbəkistan birgə peyklər buraxacaqlar

Dünya

04.09.2024 09:00

1893

Astana və Daşkənd birgə kosmik peykləri orbitə çıxarmaq niyyətindədir. 

TodayPress xəbər verir ki, bu barədə Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyi məlumat yayıb. 

Departament vurğulayıb ki, Rəqəmsal İnklüzivlik və Transformasiya üzrə Asiya-Sakit Okean Konfransı çərçivəsində keçirilən görüşdən sonra 2024-cü ilin sonunadək hazır olacaq süni kosmik peyklərin buraxılması ilə bağlı təkliflərin hazırlanması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan “Baiterek” kosmik raket kompleksinin 2028-ci ildə istifadəyə veriləcəyini bəyan etmişdi. 

İlk sınaq buraxılışı 2025-ci ilin sonuna planlaşdırılır, ikinci sınaq 2026-cı ilin oktyabrında, üçüncü isə 2027-ci ilin oktyabrında həyata keçiriləcək. 

Günəş Mərd

tag: Özbəkistan, Qazaxıstan, Baiterek, Raket, Hücumu, todaypress.az,