Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb

Dünya

03.06.2024 13:48

Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb.

TodayPress xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin parlament palatalarının spikerləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.

Nərmin Tuncay

tag: Qazaxıstan , Taliban , Əfqanıstan ,Kasım-Jomart Tokayev , todaypress.az,