Qazaxıstan Rusiya ilə müharibəyə hazırlaşır?

Dünya

24.04.2025 15:49

7

Qazaxıstan Müdafiə Nazirliyi bildirib ki, ölkənin yeni “Ərazi müdafiəsi haqqında” qanun layihəsi müharibəyə hazırlıq məqsədi güdmür və ya Rusiyaya qarşı yönəlməyib. 

TodayPress xəbər verir ki, bu barədə "Stopfake.kz" məlumat yayıb. 

Nazirlik açıqlayıb ki, sənəd yalnız ölkənin daxili təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Qanun hərbi vəziyyət və fövqəladə hallarda əhalini və ərazi bütövlüyünü qorumaq üçün nəzərdə tutulub. 

Qurum əlavə edib ki, Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır və KTMT, MDB, ŞƏT və Avrasiya İttifaqı çərçivəsində yaxın əməkdaşlıq davam edir. 

Qeyd edək ki, qanun layihəsi apreldə parlamentin aşağı palatası tərəfindən təsdiqlənib və sənədə görə, səkkiz ərazi müdafiə briqadası Rusiya ilə sərhəddə yerləşəcək. 

Türkan İsgəndərli

tag: Qazaxıstan,Rusiya,Qanun,Layihə,Todaypress.az,