Qazaxıstan rus buğdasının ölkəyə idxalına icazə vermədi

Dünya

14.09.2024 16:50

2502

“526 ton Rusiya taxılının ölkəyə idxalına cəhdin qarşısı alındı”. 

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, 11-12 sentyabr tarixlərində Rusiya ilə sərhəddə yerləşən Qərbi Qazaxıstan vilayətinin dəmir yolu fitosanitar nəzarəti məntəqəsində 8 vaqon buğda aşkar edilərək Rusiya Federasiyasına qaytarılıb.

Qeyd edilib ki, daxili bazarı qorumaq üçün 2024-cü ildə üçüncü şəxslərdən və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrdən Qazaxıstan ərazisinə buğda idxalının qadağan edilməsi qərara alınıb. 

Töhfə Səməd

tag: Rusiya, Taxıl, Qərb, Qazaxıstan ,Avrasiya İqtisadi İttifaqı ,TODAYPRESS.AZ,