Qazaxıstan prezidenti Rusiyaya getdi

Dünya

08.05.2025 15:37

11

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiyaya səfər edib. 

TodayPress xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tokayev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gəlib. Mayın 8-də o, digər ölkə liderləri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, 2025-ci ildə Qələbənin 80 illiyi münasibətilə Rusiyada 170-dən çox tədbir planlaşdırılıb. 

Paradda 29 ölkə liderinin iştirakı gözlənilsə də, Laos və Azərbaycan prezidentləri səfərlərini ləğv ediblər. Beləliklə, tədbirdə 27 dövlət başçısının iştirakı təsdiqlənib.

Türkan İsgəndərli

tag: Qazaxıstan,Parad,Qələbə günü,Hərbi,todaypress.az,