Qazaxıstan miqrasiya qaydalarını sərtləşdirəcək

Dünya

20.09.2024 15:58

Qazaxıstan əcnəbilərin miqrasiya qanunlarını pozduqları təqdirdə deportasiya qaydalarını sərtləşdirəcək.

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Polisi Komitəsinin sədri Aslan Atalıkov məlumat verib.

“Yeni deportasiya institutunun tətbiqi planlaşdırılır. Bu miqrasiya qanunvericiliyini aşkar və qərəzli pozan şəxslərin Qazaxıstandan daha tez çıxarılmasına imkan verəcək” deyə Aslan Atalıkov vurğulayıb.   

O, ekstremist və terror fəaliyyətində iştirak edən əcnəbilərin ölkəyə girişinə qadağa qoyulmasını da xatırladıb.   

Günəş Mərd

tag: Qazaxıstan, Əcnəbilər, Miqrasiya, Aslan Atalıkov ,Terror ,Qanunlar ,todaypress.az,