Qazaxıstan Əfqanıstanın dövlət işləri üzrə müvəqqəti nümayəndəsini qəbul etdi
Dünya
21.08.2024 18:25
Qazaxıstan Xarici İşlər Nazirliyi Əfqanıstanın dövlət işləri üzrə müvəqqəti nümayəndəsini qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Qazaxıstan Respublikası Xarici İşlər Nazirinin müavini Alibek Bakaev Əfqanıstanın diplomatik missiyasının rəhbəri Məhəmməd Rəhmanini qəbul edib. Görüş zamanı Bakaev bildirib ki, Qazaxıstan Rəhmanini Əfqanıstanın respublikadakı müvəqqəti nümayəndəsi kimi təsdiq edib. Qazaxıstan və Əfqanıstan arasında ticarət, iqtisadi və humanitar sahədə əlaqələrin genişləndirilməsi hər iki dövlət üçün mühüm məqsəddir” deyə mətbuat xidmətindən bildirilib.
Töhfə Səməd
tag: Qazaxıstan, Alibek Bakaev, Əfqanıstan,Qazaxıstan Xarici İşlər Nazirliyi , Mətbuat, todaypress.az,