Qazaxıstan BRICS tərəfdaşı statusunu təsdiqlədi
Qazaxıstan Xarici İşlər Nazirliyi Astananın BRICS tərəfdaşı statusu aldığını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə departamentin nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
Xarici İşlər Nazirliyi statusun 2025-ci il yanvarın 1-dən qüvvədə olacağını təsdiqləyib. Bu, Astanadan gələn məlumatın ilk təsdiqidir.
Dekabrın 23-də Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov 9 ölkənin BRICS dövlətlərarası assosiasiyasının tərəfdaşı olmağa hazır olduğunu bəyan edib. Onların arasında keçmiş SSRİ-nin üç ölkəsi - Belarus, Qazaxıstan və Özbəkistan var.
Boliviya, İndoneziya, Kuba, Malayziya, Tailand və Uqanda nümayəndələri də hazır olduqlarını bildiriblər.
Töhfə Səməd
tag: Qazaxıstan ,Astana, BRİCS, Ölkə,todaypress.az,