Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinə dair əsassız versiyaları şərh etməyəcək
Dünya
16.01.2025 12:33
AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran Komissiya hadisə ilə bağlı qeyri-rəsmi məlumatları şərh etməyəcək.
TodayPress xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
“İlkin hesabatın dərcindən əvvəl komissiya heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcək” deyə məlumatda bildirilib.
Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Nəzrin Abbas
tag: Qazaxıstan ,Aktau ,Qəza ,AZAL ,Şərh, todaypress.az,