Qayıq qəzası nəticəsində 20 nəfər öldü

Dünya

29.11.2024 15:55

Kamerunun ucqar şimal bölgəsində gəminin qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb.

TodayPress xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat verib.

Şahidlərin dediyinə görə, qayıq Darak adasından sərnişinləri daşıyarkən qəzaya uğrayıb.

Ölənlərin sayının arta biləcəyini istisna edilmir.

Qeyd edək ki, Kamerunun şimal bölgəsində həddindən artıq yüklənmə və pis hava şəraiti səbəbindən qayıq qəzaları tez-tez baş verir.

Günəş Mərd

tag: Qayıq, Kamerun, Darak,Hadisə, todaypress.az,