Qasırğalar ABŞ-dəki prezident seçkilərinə necə təsir edəcək?
Dünya
10.10.2024 14:30
Qasırğa mövsümü ABŞ-də seçki kampaniyasına əhəmiyyətli dərcədə təsir göstərəcək.
TodayPress xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Qeyd olunub ki, Helen və Milton qasırğaları seçki kampaniyasının son mərhələsində baş verib.
Bu, milyonlarla insanın seçkilərə getməyə hazırlaşdığı bir vaxtda ölkədə kəskin siyasi parçalanmaları gücləndirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp ölkə administrasiyasını “Helen” qasırğasının nəticələrinin aradan qaldırılması üzrə səmərəsiz fəaliyyətinə görə tənqid edib.
Günəş Mərd
tag: ABŞ,Qasırğa,Helen,Seçki,Todaypress.az,