Qasırğa səbəbindən 800 min sakin təxliyə edildi

Dünya

28.08.2024 16:56

Yaponiyada “Şanşan” qasırğasının cənub-qərb bölgəsinə yaxınlaşması ilə əlaqədar xəbərdarlıq edilib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters”  məlumat yayıb. 

Artıq 800 min sakinin təxliyəsi başlayıb, hava və dəmir yolu reysləri ləğv edilib, yerli zavodların fəaliyyəti dayandırılıb. 

Qasırğa zamanı küləyin sürətinin 50 və 70 m/s arasında olacağı bildirilir. 

Sinoptiklər qasırğanın yaxın bir neçə gün ərzində davam edəcəyini açıqlayıblar. 

Günəş Mərd

tag: Yaponiya, Şanşan, Qasırğa, Sinoptiklər, Dəmiryolu, todaypress.az,