Qasırğa 6 nəfəri həyatından etdi

Dünya

08.08.2024 09:57

2687

Florida ştatını vuran “Debbi” qasırğası nəticəsində 6 nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu barədə “NBC” televiziyası məlumat yayıb.

Rəsmilər bildiriblər ki, qasırğanın vurduğu ziyanı yalnız iki həftə ərzində, çaylarda suyun səviyyəsi aşağı endikdən sonra tam qiymətləndirmək mümkün olacaq.

Hazırda ştatda 158 mindən çox insan işıqsız qalıb. Florida qubernatoru 61 əyalətdə fövqəladə vəziyyət elan edib. 

Töhfə Səməd

tag: Florida, Qasırğa, İnsanlar, Dağıntı, Fövqəladə Vəziyyət, todaypress.az,