Qasırğa 25 nəfərin həyatına son qoydu
Qaemi qasırğası Çinə çatıb,
Tayvan və Filippində geniş dağıntılar törədib.
TodayPress xəbər verir ki, bu
barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, Tayvanda torpaq
sürüşməsi və daşqınlar qeydə alınıb, nəticədə 3 nəfər ölüb.
Filippində isə qurbanların
sayı artıq 22-yə çatıb.
“The Guardian” yazıb ki,
Filippinin paytaxtı Manilada 300 mm-dən çox yağış yağıb və bu, genişmiqyaslı
daşqınlara səbəb olub. Bəzi ərazilərdə suyun səviyyəsi birmərtəbəli binaların
hündürlüyünə qədər qalxıb.
Tayvanda ən azı dörd bölgəyə
14 saat ərzində 1000 mm-dən çox yağış düşüb.
Çinin cənub-şərqində 200-300 mm yağıntının düşəcəyi və iki-üç gün ərzində Qaemi qasırğasının zəifləyəcəyi gözlənilir.
tag: Qasırğa, Qaemi, Çin, Filippin, Tayvan, todaypress.az,