Qaribaşvili siyasətdən getdi

Dünya

25.04.2025 13:11

5

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri, keçmiş Baş nazir İrakli Qaribaşvili siyasətdən getdiyini bəyan edib.

TodayPress xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında bildirib.  

“Bildirmək istəyirəm ki, siyasətdən gedirəm” deyə Qaribaşvili açıqlayıb və bu qərarı çox düşündükdən sonra verdiyini qeyd edib.

O, “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə göstərdiyi etimada görə təşəkkür edib və gələcəkdə də partiyanı, onun siyasi kursunu dəstəkləyəcəyini bildirib.

Qiymət Mahir

tag: Gürcüstan,“Gürcü Arzusu” , İrakli Qaribaşvili,Siyasət,todaypress.az,