Qardaş Türkiyə silkələndi

Dünya

11.07.2024 11:17

Türkiyənin Afyonkarahisar bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib.

Qeyd olunub ki, təbii fəlakət Türkiyə saatı ilə səhər 06:24-də yerin 6,99 kilometr dərinliyində qeydə alınıb. 

Rəsmi qurum bildirib ki, heç bir mənfi hal qeydə alınmayıb. 

Töhfə Səməd

tag: Türkiyə, Zəlzələ, Təbii Fəlakət, Afyonkarahisar, Rəsmi Qurum, todaypress.az,