Qara dənizdə Ukraynaya məxsus pilotsuz katerlər məhv edildi

Dünya

23.10.2024 10:47

1805

Rusiya dəniz aviasiyası Qara dənizdə Krım yarımadasına gedən Ukraynanın pilotsuz katerlərini məhv edib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Qara Dəniz Donanmasının hərbi-dəniz aviasiyasının ekipajları Krım yarımadasına doğru hərəkət edən Ukraynaya məxsus 4 pilotsuz kateri məhv ediblər” deyə məlumatda bildirilib.

Töhfə Səməd

tag: Qara Dəniz, Rusiya, Krım, Ukrayna, todaypress.az,