Qanunsuz miqrantların qayığı batdı
Egey dənizində qanunsuz miqrantları daşıyan qayıq batıb.
TodayPress xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb.
Bildirilib ki, azı 5 nəfər həlak olub, 25 nəfər xilas edilib.
Dənizkənarı Ayvacık qəsəbəsi yaxınlığında baş vermiş insidentlə bağlı Türkiyə sahil mühafizəsinin xilasetmə bölmələri fövqəladə hadisə yerinə göndərilib.
Yaralılar Çanaqqala və Balıkesir əyalətlərindəki xəstəxanalara aparılıblar.
Türkan İsgəndərli
tag: Türkiyə,Miqrant,Qayıt,Batma,Todaypress.az,