Qaldığı otelin 2-ci mərtəbəsindən yıxılan aktrisa öldü
Dünya
12.06.2024 23:02
Türkiyənin Muğla şəhərində qaldığı otelin 2-ci mərtəbəsindəki terasdan yıxılan aktrisa Demet Ersoy həyatını itirib.
TodayPress Türk mediasına istinadla xəbər verir ki, dostları ilə terada spirtli içki qəbul edən aktrisa müvazinətini itirərək yıxılıb. Təxminən 7 metr hündürlükdən yıxılan aktrisanın həyatını xilas etmək mümkün olmayıb.
48 yaşlı aktrisanın 1 övladı olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
GÜNEL
tag: Aktrisa, Muğla, Türkiyə, Otel, todaypress.az,