Qalant Oustinlə Yaxın Şərqdəki hadisələri müzakirə etdi
Dünya
05.08.2024 18:20
İsrailin müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Oustin ilə telefon danışığı zamanı Yaxın Şərqdəki hadisələri müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, müdafiə nazirləri bir sıra ssenariləri və İsrailin müvafiq müdafiə və hücum imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin Qalant Oustinə ABŞ-nin dəstəyi üçün minnətdarlığını bildirib.
Töhfə Səməd
tag: İsrail, Yaov Qalant, Pentaqon, Lloyd Oustin, Yaxın Şərq, todaypress.az,