Qadın İşləri Nazirliyi yaradılır

Dünya

20.08.2024 10:01

Meksikada qadınların işləri üzrə federal nazirlik yaradılacaq.

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin yeni prezidenti Klaudiya Şeynbaum bildirib. 

Dövlət başçısının sözlərinə görə, fikirləri dərindən təhlil etdikdən sonra o, mövcud Qadın Problemləri İnstitutunun bazasında nazirlik yaratmaq qərarına gəlib.

Departamentin rəhbəri senator, dünyanın müxtəlif ölkələrindən solçu fəalları və qadın siyasətçiləri birləşdirən beynəlxalq feminist təşkilat olan "Internacional Feminista"nın təsisçisi Citlali Hernandez Mora olacaq.

Qeyd olunub ki, Qadın İşləri Nazirliyi oktyabrın 1-dən işə başlayacaq.

Günəş Mərd

tag: Meksika, Qadın İşləri Nazirliyi , Citlali Hernandez Mora ,Internacional Feminista, todaypress.az,