Qadağan etməyə çalışdığı “TikTok”da hesab açdı
Dünya
03.06.2024 10:37
ABŞ-nin sabiq prezidenti Donald Tramp prezidentliyi dövründə
milli təhlükəsizlik səbəbilə qadağan etməyə çalışdığı “TikTok” sosial şəbəkəsində
hesab açıb.
TodayPress xəbər verir ki, o, dünən axşam açdığı təsdiqlənmiş
“TikTok” hesabında qısa bir video paylaşıb. Tramp videoda "Burada olmaq şərəfdir"
deyib. Hesabının açılmasından az sonra onun izləyicilərinin sayı bir milyonu
keçib.
Donald Tramp 2024-cü ildə ABŞ-də keçiriləcək prezident
seçkilərində Respublikaçılar Partiyasının namizədi olacaq.
Qeyd edək ki, hazırda “TikTok”un ABŞ-də 170 milyon istifadəçisi var.
Günəş Mərd
tag: Tiktok, Dünya, Qadağan, Donald Tramp, ABŞ, todaypress.az,