Qaçaqmalçılıq yolu ilə silah keçirmək cəhdinin qarşısını alındı
Dünya
31.10.2024 17:28
İsrail ordusu Misirdən qaçaqmalçılıq yolu ilə silah keçirmək cəhdinin qarşısını alıb.
TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hərbçilər Misir tərəfdən hərəkət edən pilotsuz uçuş aparatı görüblər. Cihaz dərhal zərərsizləşdirilib. Hadisə yerinə gələn hərbçilər onun yanında dörd tüfəng və bir tapança olduğunu müəyyən ediblər.
Müsadirə edilən silahlar əlavə araşdırmalar üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib.
Töhfə Səməd
tag: Misir, İsrail, Qaçaqmalçılıq, Ordu, Cihaz, todaypress.az,