Pxenyan Moskva ilə strateji əlaqəni gücləndirmək niyyətindədir

Dünya

19.06.2024 10:19

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

TodayPress xəbər verir ki, Pxenyanda baş tutan və nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar təxminən bir saat yarım davam edib.

Kim Çen In Rusiyanın dünyadakı rolunu qeyd edib və Ukraynada xüsusi hərbi əməliyyatın həyata keçirilməsini tam dəstəklədiyini bildirib. O, əlavə edib ki, dünyada vəziyyət sürətlə dəyişir və mürəkkəbləşir, bu şəraitdə Pxenyan Moskva ilə strateji əlaqəni gücləndirmək niyyətindədir.

Putin isə öz növbəsində qeyd edib ki, Moskva Pxenyanın, o cümlədən Ukrayna istiqamətində ardıcıl və daimi dəstəyini yüksək qiymətləndirir. O, həmçinin bildirib ki, Moskva ilə Pxenyan arasında uzun illər münasibətlərin əsasını təşkil edəcək yeni fundamental sənəd hazırdır.

Daha sonra Putinlə Kim Çen In arasında təkbətək formatda görüş keçirilib.

tag: Pxenyan , Moskva, Vladimir Putin, Kim Çen, Şimali Koreya, todaypress.az,