Pxenyan Cənubi Koreya ilə sərhəddə divar tikir

Dünya

22.06.2024 13:30

1522

Pxenyan Cənubi Koreya ilə sərhəddə demilitarizasiya zonası boyu səddin inşasına başlayıb.

TodayPress xəbər verir ki, bunu iki ölkə arasındakı sərhədin yeddi kilometrlik hissəsinin peyk fotoşəkillərinin təhlili göstərib.

Fotoşəkillərdə sərhəd boyu ümumi uzunluğu təxminən 1 kilometrə çatan ən az üç səddin tikildiyi görünür. Onlar sərhədin şərq hüdudlarının yaxınlığında inşa olunub və digər hissələrdə də baryerlərin tikildiyi istisna edilmir.

Ekspertlər əldə edilən görüntülər sayəsində Koreyanın şimalı ilə cənubunu ayıran demilitarizasiya zonasında inşa işlər üçün torpaq sahələrinin təmizləndiyini aşkarlayıblar.

tag: Pxenyan, Cənubi Koreya, Sərhəd, Ekspert, todaypress.az,