Putinin sözlərindən sonra Harrisə çağırış edildi

Dünya

05.09.2024 18:00

2135

Vladimir Putin prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəklədiyini dedikdən sonra ABŞ-nin vitse-prezidenti açıqlama verməyə çağırılıb.

TodayPress xəbər verir ki, bu barədə Fransalı siyasətçi, “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində bildirib.

“Vladimir Putin noyabrda keçiriləcək prezident seçkilərində Harrisin namizədliyini dəstəklədiyini bəyan etdi. O, özünü izah etməli olacaq!" deyə o, sözlərinə davam edib. 

Rusiya lideri Şərq İqtisadi Forumunun plenar iclasında deyib ki, hazırkı Amerika lideri Cozef Bayden ABŞ seçkilərində Rusiya Federasiyasının favoriti olub, lakin o, seçki yarışından geri çəkilib. Putin vurğulayıb ki, Bayden bütün tərəfdarlarına Kamala Harrisi dəstəkləməyi tövsiyə edib, buna görə də Rusiya onu dəstəkləyəcək.

Putin, həmçinin qeyd edib ki, Donald Tramp Rusiyaya qarşı rekord sayda sanksiya məhdudiyyəti tətbiq edib. 

Töhfə Səməd

tag: Harris, Putin,ABŞ, Rusiya ,Rekord, todaypress.az,