Putinin Şimali Qafqaza səfəri Qərbə siqnal kimi qiymətləndirildi

Dünya

21.08.2024 17:10

“Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqazın “qaynar” bölgələrinə səfəri dünya ictimaiyyətinə, xüsusən də Qərbə siqnal oldu”.

TodayPress xəbər verir ki, bunu politoloq Yevgeni Minçenko “NSN”ə müsahibəsində bildirib.

“Bu səfərlər ümumiyyətlə kollektiv Qərblə və Ukrayna ilə davam edən qarşıdurma ilə bağlıdır” deyə ekspert əlavə edib.

Xatırladaq ki, Putin Şimali Qafqazın üç regionuna Kabardin-Balkar, Şimali Osetiya və Çeçenistana səfər edib.

Töhfə Səməd

tag: Rusiya, Putin, Şimali Qafqaz, Ukrayna, Qərb, todaypress.az,