Putinin İrana səfəri təsdiqləndi
Rusiya prezidenti Vladimir Putin İrana rəsmi işgüzar səfərə dəvət olunub.
TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərə açıqlama verib.
Peskov bildirib ki, Rusiya İranla tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və əlaqələrin müxtəlif sahələrdə inkişaf səviyyəsi diqqətəlayiqdir.
“Hazırda səfərin vaxtı razılaşdırılmayıb. Tarix dəqiqləşdirilən kimi bu barədə məlumat veriləcək” deyə Kremlin sözçüsü əlavə edib.
İranın xarici işlər naziri Abbas Əraqçi mayın 14-ü verdiyi açıqlamada Moskva ilə Tehranın Vladimir Putinin İrana səfərinə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, bu səfər iki ölkə arasında uzunmüddətli əməkdaşlıq planının bir hissəsidir.
Qiymət Mahir
tag: Vladimir Putin,İran,Dmitri Peskov,