Putinin böyük mətbuat konfransının tarixi məlum oldu

Dünya

06.12.2024 16:15

Rusiya prezidenti Vladimir Putinin böyük mətbuat konfransı dekabrın 19-da keçiriləcək.

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, mətbuat konfransı ilə eyni gündə həm də Putinlə "Birbaşa xətt" də keçiriləcək.

İlin yekunları ilə bağlı Putinə həm yerli və xarici jurnalistlər, həm də sakinlər sual ünvanlaya biləcəklər.

tag: Dmitri Peskov, Putin, Kremlin, Yekun, todaypress.az,