Putinin Astana səfərində Ukrayna bayrağı nümayiş olundu

Dünya

28.11.2024 14:30

1278

Rusiya prezidenti Vladimir Putinin Astanaya səfəri zamanı üzərində Ukrayna bayrağının yayımlandığı LED ekranla bağlı insident haker hücumu nəticəsində baş verib. 

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstanın Dövlət Texniki Xidməti (STS) məlumat yayıb.   

“İlkin məlumatlara görə, hücum proksi serverlərdən istifadə etməklə xarici İP ünvanlardan həyata keçirilib” məlumatda qeyd olunub. 

Bildirilib ki, xidmət hadisənin texniki təfərrüatlarını müəyyən etmək üçün araşdırma aparır. 

Qeyd edək ki, Putinin Astanaya səfəri zamanı şəhərin mərkəzindəki LED ekranlardan birində qısa müddətə Ukrayna bayrağı görünüb. 

Günəş Mərd

tag: Putin, Astana, Ukrayna, Bayraq, Qazaxıstan, todaypress.az,