Putin: Yaxın Şərqdə heç kim münaqişənin genişlənməsini istəmir
Rusiya Yaxın Şərqdə münaqişənin
qızışmasında maraqlı deyil.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Prezidenti
Vladimir Putin Kazanda keçirilən BRICS sammitindən sonra baş tutan mətbuat
konfransında bildirib.
“Yaxın Şərq regionunda baş verənlərdən çox narahatıq. Kim
nə deyir, desin, Rusiya münaqişənin daha da qızışmasında maraqlı deyil.
Strateji olaraq biz bundan heç nə qazanmayacağıq, ancaq əlavə problemlər
görəcəyik”o deyib.
Putin qeyd edib ki, Rusiya və İran sıx təmasdadır. “Biz
öz rolumuzu qarşılıqlı kompromislər axtarmaq yolu ilə vəziyyətin həlli üçün
şərait yaratmaqda görürük. Mənə elə gəlir ki, hazırda regionda heç kim münaqişənin
genişlənməsini istəmir” o vurğulayıb.
Rusiya lideri bildirib ki, prosesin bütün iştirakçıları,
o cümlədən İsraillə işləmək və qarşıdurma səviyyəsinin azalmasına nail olmaq
lazımdır. “Mənə elə gəlir ki, ümumilikdə, bu, mümkündür. Lakin biz çox diqqətli
davranmalıyıq” əlavə edib.
tag: Putin, BRİCS, Rusiya, İran, todaypress.az,