Putin: “Xəndək qazmaqla sülh olmaz”

Dünya

11.05.2025 09:30

21

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı mövcud vəziyyəti “xəndək qazmaq” adlandıraraq, bunun davamlı sülhə gətirib çıxarmayacağını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində deyib.

Putin Rusiya tərəfinin Ukrayna ilə münaqişənin əsas səbəblərini aradan qaldırmaq və uzunmüddətli sülh yaratmaq üçün ciddi danışıqlara hazır olduğunu bəyan edib.

“Biz münaqişənin köklərinə enmək və sabit sülh əldə etmək üçün ciddi danışıqlara hazırıq” deyə o bildirib.

Putin əlavə edib ki, müdafiə məqsədilə yeni istehkamların qurulması kimi müvəqqəti tədbirlər Rusiyanı qane etmir: 

“Dialoq əvəzinə xəndəklər qazılan sülh kimə lazımdır?”

Qeyd edək ki, Rusiya prezidenti heç bir ilkin şərt qoyulmadan mayın 15-də İstanbulda danışıqlara başlamağa hazır olduğunu qeyd edib.  

Qiymət Mahir

tag: Putin,Rusiya,Ukrayna,Türkiyə,todaypress.az,