Putin Venesuela prezidentini BRİKS sammitinə dəvət etdi

Dünya

02.08.2024 22:47

Rusiya Prezidenti Vladimir Putin Venesuela prezidenti Nikolas Maduronu Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib.

TodayPress xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto öz “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, BRIKS sammiti bu ilin oktyabr ayında Kazanda keçiriləcək. Bu ilin fevral ayında Maduro Venesuelanın tezliklə BRİKS-ə üzv olacağını açıqlamışdı.

tag: Putin, Venesuela, Maduro, BRİKS,X, todaypress.az,