Putin və Vuçiç iki ildən sonra danışdılar

Dünya

20.10.2024 14:44

1853

Rusiya və Serbiya prezidentləri Vladimir Putin və Aleksandr Vuçiç telefonla danışıblar.  

TodayPress xəbər verir ki, bu barədə “Tanjuq” agentliyi məlumat yayıb. 

Bundan öncəki iki il yarım ərzində Rusiya və Serbiya liderləri arasında rəsmi təmaslar olmayıb. Bu müddət ərzində onlar nə telefonla danışıblar, nə də görüşüblər.

“Putinlə yaxşı, açıq və məzmunlu söhbətim oldu, biz Belqradın azad edilməsinin 80 illiyi haqqında danışdıq, təbriklərə görə bir-birimizə təşəkkür etdik və Serb xalqının azadlıqsevər ruhuna işarə etdik” deyə agentlik Vuçiç sitat gətirib. 

Söhbət zamanı Vuçiç əmin edib ki, Belqrad Moskvaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil. 

Günəş Mərd 

tag: Rusiya,Serbiya,Sanksiya,Telefon ,Putin,Todaypress.az,