Putin və Tramp görüşəcək? - Kreml açıqladı

Dünya

23.12.2024 09:56

"Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş rəhbəri Donald Tramp arasında görüş təşkil etmək üçün heç bir ilkin şərt yoxdur". 

TodayPress "TASS"a istinadən xəbər verir ki,  bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. 

O, Trampın andiçmə mərasimindən əvvəl siyasətçilər arasında görüşün mümkün olub-olmaması sualına belə cavab verib:

"İndiyə qədər heç bir real impuls olmayıb". 

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə görüşü gözləyəcəyini bildirib. 

Günəş Mərd

tag: Putin ,Tramp, Rusiya, ABŞ, todaypress.az,