Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib

Dünya

08.05.2025 19:15

14

Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında görüş başa çatıb.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Çin lideri məhdud və geniş tərkibdə danışıqların, eləcə də çay süfrəsi arxasında qeyri-rəsmi söhbətin aparıldığı Kremli tərk edib.

Ümumilikdə Rusiya-Çin yüksək səviyyəli danışıqları təxminən 7,5 saat davam edib. Nümayəndə heyətləri arasında məhdud və geniş tərkibdə danışıqlar 3,5 saata yaxın aparılıb.

Bu müddət ərzində Putin və Si Cinpin də mətbuat qarşısına çıxmağa və iki birgə bəyanat imzalamağa nail olublar. Nümayəndə heyətləri mühüm sənədlər paketi, o cümlədən hökumətlərarası saziş imzalayıblar.

Xatırladaq ki, Çin Xalq Respublikasının sədri dördgünlük rəsmi səfərlə Rusiyadadır.

Töhfə Səməd

tag: Rusiya ,Vladimir Putin,Çin ,Si Cinpin,todaypress.az,