Putin və Pezeşkian görüşəcək
Dünya
13.01.2025 16:41
Rusiya Prezidenti Vladimir Putin yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.
TodayPress xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, İran prezidenti yanvarın 17-də Rusiyaya rəsmi səfər edəcək.
Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, o cümlədən ticarət-sərmayə, nəqliyyat-logistika və humanitar sahələrdə, eləcə də regional və beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirə ediləcəyi gözlənilir.
tag: Rusiya,Kreml ,İran, Prespektiv,todaypress.az,