Putin və Oman sultanı arasındakı danışıqların təfərrüatları
Rusiya prezidenti Vladimir Putin və Oman sultanı Heysəm bin Tarek Əl Səid İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə ediblər.
TodayPress “TASS”a istinadən xəbər verir ki, iki ölkə liderləri arasında danışıqların təfərrüatlarını Rusiya liderinin köməkçisi Yuri Uşakov açıqlayıb.
“Biz İran və Amerika nümayəndələri arasında danışıqların gedişatını müzakirə etdik: Nəticənin necə olacağını görəcəyik” deyə o bildirib.
Görüş zamanı Putin və Oman Sultanı Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Fələstin-İsrail münaqişəsini, həmçinin Suriyadakı vəziyyəti müzakirə etməli idilər.
Həmçinin güman edilirdi ki, tərəflər OPEC+ formatında dialoqun inkişafına və neft bazarında karbohidrogen ixracatçılarının maraqlarının təmin edilməsi üçün səylərin əlaqələndirilməsinə diqqət yetirəcəklər.
tag: Putin,Oman,Rusiya,İran,todaypress.az,