Putin və Makron görüşəcək?

Dünya

18.11.2024 15:25

Rəsmi Paris Rusiya lideri Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında danışıqların təşkili üçün hələlik heç bir təşəbbüs göstərməyib. 

TodayPress "RİA"ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov dövlət başçıları arasında mümkün söhbətdən danışarkən bildirib. 

“Xeyr, hələlik bununla bağlı heç bir təşəbbüs olmayıb. Danışmağa ehtiyac və istək yarananda hansısa şərait yaradılmalıdır” deyə Rusiya prezidentinin mətbuat katibi qeyd edib.

Günəş Mərd

tag: Makron, Putin, Görüş,Fransa, Kreml, todaypress.az,