Putin və Lukaşenko təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq
Dünya
05.12.2024 17:29
Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və Belarus arasında İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq təklifini qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
“Biz sazişin ən yüksək səviyyədə imzalanmasını məqsədəuyğun hesab edirik” deyə Rusiya dövlət başçısının rəsmi hüquqi informasiya portalında dərc olunmuş sərəncamında deyilir.
Prezidentlər səviyyəsində növbəti Rusiya-Belarus görüşü dekabrın 6-da Minskdə İttifaq Dövlətinin Ali Dövlət Şurası çərçivəsində keçiriləcək.
Sənəddə həmçinin qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinə bu müqavilənin imzalanması ilə bağlı danışıqlar zamanı öz layihəsinə əsassız dəyişikliklər etməyə icazə verilsin.
Bundan əvvəl saziş layihəsini Belarus prezidenti Aleksandr Lukaşenko təsdiqləyib. Müqavilənin özü hələ dərc olunmayıb.
Töhfə Səməd
tag: Belarus, Rusiya, Saziş ,Prezident ,todaypress.az,