Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə edib?
Dünya
18.11.2024 15:55
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin hazırkı cəbhə xəttində dondurulması təşəbbüsünü müzakirə etməyiblər.
TodayPress xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Bloomberg" agentliyinin Ərdoğanın Rio-de-Janeyroda keçiriləcək G20 sammitində atəşkəs təşəbbüsü irəli sürəcəyi ilə bağlı məlumata münasibət bildirərkən deyib.
“Xeyr, bu müzakirə olunmayıb. Biz də hələlik yayılan məlumatları görmüşük. Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur, onların nədən danışa biləcəyini bilmirik” deye Kreml nümayəndəsi qeyd edib.
tag: Ukrayna, Putin, Ərdoğan, Müzakirə,Kreml, todaypress.az,