Putin və Ərdoğan görüşəcək

Dünya

25.06.2024 10:28

1749

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı gözləyir” deyə o qeyd edib. 

Günəş Mərd

tag: Putin, Ərdoğan, Görüş, Türkiyə, Hakan Fidan, todaypress.az,