Putin Vaşinqtona XƏBƏRDARLIQ ETDİ
Dünya
28.07.2024 13:53
“Almaniyada Amerikanın uzaqmənzilli raketləri yerləşdirilsə, Rusiya Federasiyası orta və daha qısamənzilli zərbə silahlarının yerləşdirilməsinə birtərəfli moratoriumun tətbiqini dayandıracaq”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. “Amerika administrasiyası və Almaniya hökumətinin 2026-cı ildən Almaniya ərazisində Amerikanın uzaqmənzilli yüksək dəqiqlikli raket sistemlərinin yerləşdirilməsi planları barədə bəyanatı diqqətəlayiqdir. Belə silahlar Rusiyanın mühüm dövlət və hərbi nəzarət obyektlərinə, inzibati və sənaye mərkəzləri və müdafiə infrastrukturuna çata biləcək” Rusiya dövlət başçısı qeyd edib.
“Əgər Amerika Birləşmiş Ştatları belə planları həyata keçirsə, biz özümüzü orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə, o cümlədən Hərbi Dəniz Qüvvələrimizin sahil qüvvələrinin imkanlarının artırılmasına dair əvvəllər qəbul edilmiş birtərəfli moratoriumdan azad hesab edəcəyik” Putin bildirib.
Günəş Mərd
tag: todaypress.az,Rusiya, NATO, Almaniya, Müharibə,silah,