Putin Ukraynaya gələcək qaz tədarükünün şərtlərini açıqladı
Dünya
25.10.2024 22:18
Ukrayna ərazisindən Avropaya qaz nəqlinin davamı üçün
yeni müqavilə bağlanmalıdır.
TodayPress xəbər verir ki, bu şərti
Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" telekanalında qeyd edib.
“Çatdırılmaların davam etməsi üçün yeni müqavilə
imzalanmalıdır. İkincisi, iyul ayından bu güclərin bronlaşdırılmasına başlamaq
lazım idi ki, kimsə onlardan istifadə edə bilsin”, - deyə dövlət başçısı
bildirib.
O vurğulayıb ki, Avropa İttifaqında enerji ilə bağlı
müəyyən qanunlar var və Kiyev onları həyata keçirmək öhdəliyini üzərinə
götürüb.
Aynur TAC
tag: Rusiya, Ukrayna, Avropa İttifaqı, Kiyev, todaypress.az,