Putin: "Ukraynada baş verən hər şey NATO zabitlərinin əli ilə edilir"
Dünya
27.10.2024 11:18
“Ukraynada baş verən hər şey NATO zabitlərinin əli ilə edilir”.
TodayPress xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
O qeyd edib ki, Kreml Qərb siyasi qüvvələrinin Moskvanın Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verilməsinin nəticələri barədə xəbərdarlığını eşitdiyinə ümid edir.
“Ümid edirəm eşitdiniz. Təbii ki, biz də özümüz üçün müəyyən qərarlar verməliyik. Biz buna müvafiq olaraq cavab verməliyik” Rusiya lideri bildirib.
Günəş Mərd
tag: Rusiya,Putin,NATO,Ukrayna,Todaypress.az,