Putin Ukrayna ilə sülh müqaviləsini imzalamağa hazırdı, yalnız bir şərtlə

Dünya

19.12.2024 17:25

"Rusiya Ukraynadakı istənilən qanuni hakimiyyətlə, hətta Volodimir Zelenski ilə də sülh sazişləri imzalamağa hazırdır, lakin indiki Kiyev hakimiyyəti qanunsuzdur". 

TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında bildirib.

“Əgər kimsə seçkiyə getsə və legitimlik qazansa, bu zaman Zelenski də daxil olmaqla hamı ilə danışmağa hazır olacağıq. Lakin əgər Ukrayna həqiqətən də indi sülh yolu ilə çarə axtarırsa, əlbəttə ki, bunu edə bilər. Biz ancaq legitim olanlarla sülh müqavilələri imzalaya bilərik. Rada və Rada prezidenti legitimdir” deyə o bildirib.

Töhfə Səməd

tag: Ukrayna, Rusiya, Putin, Zelenski, todaypress.az,