Putin Ukrayna ilə danışıqların şərtlərini açıqladı – Kreml rəhbərindən Qərbə xəbərdarlıq

Dünya

14.06.2024 15:05

“Qərbin Rusiya aktivlərini müsadirə etməklə bağlı istənilən cəhdləri oğurluq hesab ediləcək”.

TodayPress TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Xarici İşlər Nazirliyində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Qərbin sözügedən cəhdləri cəzasız qalmayacaq.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların şərtlərini də açıqlayıb. O, qeyd edib ki, Ukrayna qoşunlarını Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədlər daxilindən tamamilə çıxarılmalıdır.

“Ukrayna qoşunlarının real çıxarılması başlayan kimi və Kiyev NATO üzvlüyündən imtina etmək planlarını bildirən kimi, Moskva atəşkəs və danışıqların başlanması barədə göstəriş verəcək” deyə Vladimir Putin bildirib.

O, əlavə edib ki, Rusiya Ukrayna hərbi birlik və birləşmələrinin maneəsiz və təhlükəsiz çıxarılmasına zəmanət verir.

tag: Putin, Ukrayna, Kreml, Qərb, Xəbərdarlıq, todaypress.az,