Putin: “Ukrayna 2 dəfə Türkiyə vasitəsilə bizə müraciət edib”

Dünya

25.10.2024 16:35

“Ukrayna artıq iki dəfə Türkiyənin vasitəçiliyi ilə Rusiyaya təkliflərlə müraciət etsə də, öz təşəbbüslərindən dərhal imtina edib”. 

TodayPress xəbər veir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində danışıb. 

"Türkiyəli tərəfdaşlarımız dəfələrlə Ukrayna tərəfdən bəzi təşəbbüslərlə bağlı təkliflərlə bizə gəliblər. Ancaq biz razılaşanda məlum oldu ki, Ukrayna tərəfi artıq bundan imtina edib” deyə Rusiya lideri bildirib.   

O, qeyd edib ki, bu, Kiyevin sadəcə vaxt qazanmaq istəyi ilə bağlıdır. 

Günəş Mərd

tag: Putin, Ukrayna, Rusiya, Türkiyə, Kiyev, todaypress.az,