Putin Trampı təbrik etdi
Dünya
20.01.2025 19:33
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampı andiçmə mərasimi münasibətilə təbrik edib.
TodayPress qeyd edir ki, bu barədə Rusiya dövlətinin başçısı Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirədə bildirib.
Qeyd edək ki, Dövlət başçısı ABŞ-nin yeni seçilmiş prezidenti və onun komandasının Moskva ilə birbaşa əlaqələri bərpa etmək istəyini qeyd edib.
Həmçinin “Biz ABŞ-nin yeni seçilmiş prezidentinin, onun komandasının üzvlərinin Rusiya ilə birbaşa əlaqəni bərpa etmək istəyi ilə bağlı bəyanatını görürük və Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidentini vəzifəyə başlaması münasibətilə təbrik edirik” deyə Putin əlavə edib.
Nicat Osman
tag: Vladimir Putin, Donald Tramp, ABŞ, Rusiya, Dünya, todaypress.az,