Putin: “Tezliklə Ərdoğanla görüşəcəm”

Dünya

11.10.2024 15:10

Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Kazanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırdığını təsdiqləyib.

TodayPress xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

Putin Aşqabaddadır və burada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə danışıqlar aparıb.

O, “Zamanların və sivilizasiyaların münasibəti sülhün və inkişafın əsasıdır” mövzusunda beynəlxalq forumda da çıxış edib.

“Putin bir həftə sonra Kazanda prezident Ərdoğanla ikitərəfli görüş gözlədiyini söylədi” deyə Peskov bildirib.

tag: Putin,Ərdoğan,Görüş,Kazan,Todaypress.az,